Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana geri qaytarılacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Kirants və Açarkut kəndlərinə gedərək, yeni yolun tikintisi ilə tanış olub.
Qeyd edilib ki, Ermənistandan Gürcüstana istiqamətlənən yoldakı körpü sərhəd delimitasiyası prosesində Azərbaycana veriləcəyi üçün ərazidə yeni yol qovşağı tikilir.