Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyunu izləmək üçün Berlinə gedib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri hazırda matçı stadiondan izləyir.

***21:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa çempionatında Türkiyə-Niderland arasında oynanılacaq 1/4 final matçını izləmək üçün Berlinə gedib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Almaniyanın ev sahibliyi etdiyi turnirdə yarımfinala yüksəlmək üçün Berlin Olimpiya Stadionunda Niderland ilə qarşılaşacaq Türkiyə Milli Futbol Komandasına dəstək olacaq.

Qeyd edək ki, Prezident Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri səfir Akif Çağatay Kılıç və kommunikasiyalar üzrə vitse-prezident Çağatay Özdəmir də Almaniyaya səfər edib.