Keçmiş Kuba lideri Fidel Kastronun birinci həyat yoldaşı Mirta Diaz-Balart dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu abrədə Balartın nəvəsi Fidel Antonio Kastro Smirnov "X" sosial şəbəkəsində bildirib.
Mirta Diaz-Balartın 95 yaşı var idi.
Mirta Diaz-Balart Kubada anadan olub, atası siyasətçi və Banes şəhərinin meri olub. O, fəlsəfə və ədəbiyyat üzrə ixtisaslaşdığı Havana Universitetində oxuyub. Təhsil aldığı müddətdə Fidel Kastro ilə tanış olub. Cütlük 1948-ci il oktyabrın 11-də ailə qurub.
Kastro Kubadan qaçdıqdan sonra Mirtadan boşanıb və yeganə qanuni oğlu Fidelito anası ilə qalıb.
Kastro uşağını geri qaytarmağa çalışsa da, cəhdi uğursuz alınıb.
Mirta Diaz-Balart ikinci əri ilə birlikdə 1959-cu ildə İspaniyaya köçüb. İkinci evliliyindən daha iki qızı olub.