İranın cənubundakı Bəndər-Abbas limanında "Səhənd" gəmisi qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə freqatın çevrildiyi və əhəmiyyətli hissəsinin su altında qaldığı görünür.

Hələlik itkilər barədə rəsmi məlumat yoxdur. "Mehr News" bir neçə nəfərin yaralandığını yazır.