"Heç kim deməyib ki, Ukrayna 10 ildən sonra NATO-ya qəbul olunacaq".
"Unikal" xəbər verir ki, bu açıqlama ilə Alyansın baş katibi Yens Stoltenberq çıxış edib.
Stoltenberq deyib: “Heç kim konkret olaraq on il məsələsini danışmadı, lakin Ukraynanın Alyansa qəbul edilməsinin çox ciddi məsələ olduğu aydındır”.
O qeyd edib ki, NATO ölkələri üçün ən vacibi Ukraynaya dəstəyi artırmaqdır.
Eyni zamanda, onun sözlərinə görə, Kiyevin münaqişədə qələbəsi Ukraynanın gələcəkdə alyansa üzv olması üçün ilkin şərtdir.