ABŞ-nın Miçiqan ştatının Detroyt şəhərində silahlı insident baş verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Miçiqan ştatı polisi silahlı insidentin araşdırılmasında Detroyt Polis Departamentinə yardım edir.
Hadisə küçə şənliyində baş verib.
Faktla bağlı araşdırma aparılır.