Macarıstanın baş naziri Viktor Orbanın Qarabağın Şuşa şəhərində Şimali Kiprin nümayəndəsi ilə Türk Dövlətləri Təşkilatının sammitində iştirakı Macarıstan üçün biabırçılıqdır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Natali Loiseau özünün "X" hesabında yazıb.
Avropa Parlamentinin deputatının sözlərinə görə, bu səfər Avropa üçün qalmaqaldır: "Macarıstanın baş naziri Orban Kipr problemini sorğulayırmı?"
Xatırladaq ki, bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell də oxşar açıqlama vermişdi.
Qeyd olunub ki, Orbanın sammitdə iştirakı sırf Macarıstanla bu qurum arasında ikitərəfli əlaqələr çərçivəsində baş tutub. Borelin bəyanatında vurğulanır ki, Macarıstan Türk Dövlətləri Təşkilatı ilə əlaqələri inkişaf etdirmək üçün Aİ-dən mandat almayıb.
Ağarza Elçinoğlu