"Cənubi Koreya prezidenti Yun Seok-yeol ölkəsini ölümə məhkum edib".
"Unikal" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib.
"Vətəndaşlar tərəfindən seçilən qondarma prezidentin Koreya Respublikasını ölümə məhkum etməsi faktını hamı qəbul etməli olacaq", - Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kim Yo Conqdan sitat gətirib.
Onun sözlərinə görə, KXDR ilə sərhədlər yaxınlığında həyata keçirilən “düşmənlərin odlu oyunu” vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır. Kim Yo Conq qeyd edib ki, Cənubi Koreya prezidenti hazırda ən ağır siyasi böhran içərisindədir.