Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda prezident seçkilərində qalib gələn Məsud Pezeşkianın Türk olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Almaniyadan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
"Məsud Pezeşkian əslində Azərbaycan əsilli türkdür. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürdlərin məskunlaşdığı bölgələrə gedəndə orada da kürdcə danışa bilir", - Ərdoğan qeyd edib.
O, əlavə edib ki, İranın yeni prezidenti ilə əlaqə saxlayacaq və onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edəcək. Türkiyə prezidenti həmçinin ümidvar olduğunu bildirib ki, Ankara və Tehran hər cür xarici siyasi əlaqələri bundan sonra da inkişaf etdirəcəklər.
Ağarza Elçinoğlu