İndoneziyanın Sulavesi adasında yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gorontalo Axtarış və Xilasetmə Agentliyinin sözçüsü Afifuddin İlahude açıqlama verib.
O, həmçinin, Bolanqo bölgəsində "qeyri-qanuni" işlədilən qızıl mədənində çalışan 35 nəfər işçinin də sürüşmə nəticəsində yerin altında qaldığını açıqlayıb.
Hadisədən sonra bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyini bildirən İlahude, xilasetmə işləri nəticəsində 11 nəfərin meyitini tapdığını qeyd edib.
Zərifə Nağıyeva