Qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirləndirilən şəxs Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prokuror Eldar Həmzə işin baxışa verilməsini təklif edib.
Qısa müşavirədən sonra məhkəmə prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası iyulun 22-nə təyin edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
O, vətəndaşlara qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurduğu bildirilir.
Seymur Əli