Macarıstanın baş naziri Viktor Orban Pekində Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra Vaşinqtona uçub.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı "Facebook"da məlumat verib.
"Növbəti dayanacaq Vaşinqtondur", - deyə Orban yazıb.
Orban iyulun 8-də səhər Pekində rəsmi səfərdə olub. Orada o, Si Cinpinlə danışıqlar aparıb və Ukrayna münaqişəsinin sülh yolu ilə sona çatması üçün şərait yaradan əsas güc kimi Çini adlandırıb.