Böyük Britaniyanın yeni müdafiə naziri Con Hill Odessa hərbi xəstəxanasına baş çəkib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Səfər çərçivəsində Con Hill Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
O, Ukrayna liderinə Böyük Britaniyanın dəstəyini artacağını deyib.
"Bu gün burada, Odessada bizə Niderlandın yeni müdafiə və xarici işlər nazirləri, eləcə də Böyük Britaniyanın yeni müdafiə naziri də qoşuldu. Mən onlara döyüş meydanındakı vəziyyətlə bağlı məlumat verdim. Biz onlarla görüşəcəyik. Böyük Britaniya və Hollandiya ilə Ukrayna donanmasını gücləndirməyə davam edirik. Biz həmçinin mütləq prioritetimiz olan hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə etdik və mən xüsusilə F-16 ilə bağlı növbəti addımlar atmaq istəyinə görə minnətdaram", - Zelenski qeyd edib.
Ağarza Elçinoğlu