"Polkovnik Qor İşxanyanın əmri ilə 73 hərbçi postdan düşərək Hadruta yollandı".

"Unikal" xəbər verir ki, bunu 44 günlük müharibədə öldürülən erməni hərbçi Andranik Ohanyanın anası Karine Hovsepyan deyib. 

"Hadrutun 9-cu döngəsi deyirlər, o hissədə türklər hərbçiləri mühasirəyə aldılar. Onların maşınlarını erməni geyimində olan Azərbaycan əsgərləri saxlayıb. Bu müddət ərzində kim qaça bildisə də, Andranik qəlpə yaralarından öldü", - o, 73 hərbçinin həmin mühasirədə öldüyünü bildirib. 

Qadın oğlunun ölümündə “Martuni-3” hərbi hissəsinin komandiri, polkovnik Qor İşxanyanı günahlandırır.

Qeyd edək ki, Qor İşxanyan müharibə zamanı elan edilmiş hərbi vəziyyət zamanı xidməti vəzifələrinin icrasına səhlənkar münasibətdə ittiham olunur. 

Ağarza Elçinoğlu