Qazaxıstan 21 yaşdan kiçik şəxslərə enerji içkilərinin satışını rəsmən qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkə rəhbəri Kasım-Jomart Tokayev qanun imzalayıb.
Bildirilir ki, sənəddə enerji içkilərinin 21 yaşdan kiçik şəxslərə satışını qadağan edilib.
“Gənc nəslin sağlamlığını enerji içkilərindən istifadənin fəsadlarından qorumaq üçün onların yaşı 21-dən aşağı olan şəxslərə satışına qadağa qoyulur”, - məlumatda qeyd olunub.
Qazaxıstanın enerji içkilərinin satışını məhdudlaşdırmağı planlaşdırması hələ bu ilin martında müzakirə olunub.