Bu gün İrəvan SES-də yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Yanğın nəticəsində paytaxtın bir sıra ünvanlarında işıq enerjisinin verilməsi kəsilib. 

Milli Elektrik Enerjisi Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natalya Sarcanyan bildirib ki, yanğın söndürülüb, lakin qəzanın nəticələrinin aradan qaldırılması üçün müəyyən vaxt lazımdır. 

Ağarza Elçinoğlu