Vitse-admiral Sergey Lipilin Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasının komandanı təyin edilib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Bəli, doğrudan da, vitse-admiral Lipilin Baltik Donanmasının komananı təyin edilib", - məlumatda deyilir. 

Bundan əvvəl Lipilin komananın birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb. 2023-cü ilin aprelindən bəri vitse-admiral Vladimir Vorobyov Baltik Donanmasının komandanı olub. Kadr dəyişikliyinin səbəbi açıqlanmır.

Ağarza Elçinoğlu