Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü planlaşdırılmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
Xatırladaq ki, iyulun 9-10-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda işgüzar səfərdə olacaq. Mirzoyan NATO-nun tərəfdaşlar formatında keçiriləcək sammitində və təşkilatın 75 illiyinə həsr olunmuş əlaqədar tədbirlərdə iştirak edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.
Azərbaycan da sammitə dəvət edilib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O`Brayen Bakıda xarici işlər nazirləri səviyyəsində görüşü istisna etməyib və Vaşinqtonun Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini qəbul etməyə hazır olduğunu qeyd edib.
Ağarza Elçinoğlu