Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo hava limanının əməkdaşı Valentin Nikolaenkovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.
"Unikal" xəbər verir ki, müvafiq sərəncam prezidentin saytında dərc olunub.
“Vətəndaşlıq borcunun yerinə yetirilməsində göstərdiyi cəsarət və şücaətə görə, Moskva şəhəri, Vnukovo Beynəlxalq Hava Limanının Səhmdar Cəmiyyətinin İdarəetmə və Koordinasiya Mərkəzinin direktoru Valentin Viktoroviç Nikolaenkov (ölümündən sonra) “Şücaət” ordeni ilə təltif edilsin”, - sərəncamda deyilir.