Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.