Danimarkanın paytaxtı Kopenhagen ətraf mühit və iqlimlə bağlı təşəbbüslərində iştirak edən ziyarətçilərə ödənişsiz muzey turları, sənət seminarları və daha çoxunu təklif etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, Avropanın digər ölkələrində turistlərə müəyyən qadağalar tətbiq edilsə də, Kopenhagen fərqli bir yanaşma sınayacaq.
Belə ki, iyulun 15-dən etibarən "CopenPay" adlı layihə əsasında velosiped sürmək, qatarla səyahət və təmizlik səyləri kimi şəhərin yaşıl təşəbbüslərində iştirak edərək iqlimə uyğun səyahət davranışı nümayiş etdirən turistlərə ödənişsiz muzey turları, pulsuz yeməklər və s. imkanı veriləcək.
Zərifə Nağıyeva