Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 56 yaşlı Elçin Yaqubov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən xüsusi qulluq göstərilmiş narkotik tərkibli bitkilər aşkar edilib. 

Araşdırmalarla E.Yaqubovun rayonun Bum qəsəbəsində elektrik naqillərini oğurladığı da müəyyən edilib. 

Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əbdülməlik Əliyev də saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya edilərək yetişdirilən çətənə kolları və 1 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.