Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (FSC) iclaslarını foruma sədrlik edən Xorvatiyanın hərəkətlərinə görə bloklayıb.
"Unikal" xəbər verir ki, bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Yalnız yay danışıqları raundunda Xorvatiya sədrliyinin açıq-aşkar hərəkətlərinə cavab olaraq biz FSC-nin beş iclasının keçirilməsinə mane olmaq məcburiyyətində qaldıq", - diplomat qeyd edib.
Qavrilov vurğulayıb ki, Rusiyanın iştirakçı ölkə kimi maraqları pozulduqda Forumun müntəzəm iclaslarının keçirilməsinin mənası yoxdur.
Ağarza Elçinoğlu