ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Co Baydenə bu həftə daha bir televiziya debatı keçirməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Respublikaçı vurğulayıb ki, 27 iyun debatında Bayden prezidentlik televiziya debatları tarixində ən sarsıdıcı məğlubiyyətə uğrayıb: "Ancaq Bayden üçün pis olmayın, o, çox pis adamdır. Bu gün mən rəsmi olaraq Coya dünyanın qarşısında özünü satın almaq şansını təklif edirəm. Gəlin bu həftə daha bir debat keçirək ki, yuxulu Co Bayden bütün dünyada prezident ola biləcəyini sübut edə bilsin".
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
Ağarza Elçinoğlu