NATO Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınmasını və davamlı sülh sazişinin bağlanmasını qətiyyətlə dəstəkləyir.
"Unikal" xəbər verir ki, bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Vaşinqtonda görüşündən sonra "X" səhifəsində yazıb.
"NATO-Azərbaycan ikitərəfli əməkdaşlığının və sülh danışıqlarının hazırkı vəziyyəti müzakirə edilib", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu