Rusiyanın baş prokuroru İqor Krasnov prezident Vladimir Putin və erməniəsilli jurnalist Marqarita Simonyanın "öldürüldüyü" kitabın satışdan çıxarılmasını tələb edib.
"Unikal" xəbər verir ki, söhbət İvan Filippovun “Siçan” romanından gedir.
Romanın süjetinə görə, Rusiya alimlərinin öz rəhbərlərinin ömrünü uzatmaq üçün vasitə üzərində işlədikləri Moskva laboratoriyasında sızma baş verir, nəticədə milyonlarla şəhər sakini zombilərə çevrilir.
Burada Putin və Simonyanla yanaşı, sonuncunun rusları aldatmaqda olan həmkarı Vladimir Solovyov və özünü “Patriarx Kirill” adlandıran Rus Pravoslav Kilsəsinin rəhbəri Vladimir Qundyayev də var. Onlar da hekayənin sonuna qədər sağ qala bilmirlər.