Fransa prezidenti Emmanuel Makron Nazirlər Şurasının iclasından sonra iyulun 16-da baş nazir Qabriel Attal və hökumətinin istefasını qəbul etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Franceinfo" radiosu məlumat yayıb.
Fransada ötən həftə başa çatan parlament seçkilərindən sonra ölkənin Nazirlər Kabinetinin rəhbəri Attal istefa ərizəsini Makrona təqdim etsə də, prezident ölkədə sabitliyin təmin olunmasının vacibliyini əsas gətirərək, bunu qəbul etməyib.