Ermənistan hökuməti üçün prioritet regionda sabit və uzunmüddətli sülhün bərqərar olmasıdır.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryan Fransa səfirliyində Bastiliyanın alınması günü münasibətilə keçirilən qala tədbirində deyib.
Qriqoryan bu münasibətlə Fransanın dəstəyini də yüksək qiymətləndirib.