Keçmiş prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki mitinqində ona qarşı sui-qəsd cəhdindən sonra “Truth” sosial şəbəkəsində bəyanat dərc edərək, ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib və aksiya iştirakçısının ölümü ilə əlaqədar başsağlığı verib.
"Unikal" xəbər verir ki, Tramp yazıb:
“Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Butler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm.
Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən atıcı haqqında heç nə məlum deyil. Sağ qulağımı deşən güllə mənə dəydi. Dərhal başa düşdüm ki, fit səsi, atəş eşitdim və güllənin dərini deşdiyini hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Allah Amerikanı qorusun".