"Donald Trampın həyatına sui-qəsd ona yalnız seçki yarışında kömək edəcək və hadisədən sonrakı fotoşəkli afişaya çevriləcək".
"Unikal" xəbər verir ki, bunu Pittsburq Universitetinin hüquqşünası və professoru Daniel Kovalik deyib.
“O, bu vəziyyətdən güclü və israrlı çıxacaq, Bayden isə zəif görünəcək, Trampın vurulduqdan sonra yumruğunu silkələdiyi foto onun kampaniya posterinə çevriləcək və bu, onun üçün sərfəli olacaq”, - deyə o bildirib.