ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına qəsddə şübhəli bilinən şəxs təkbaşına hərəkət etməmiş ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Pensilvaniya ştatının polisinin mətbuat katibi Corc Bivensə istinadən “The Washington Post” qəzeti yazıb.
Hüquq-mühafizə orqanlarının versiyasına görə, cinayətkarın “tək olması” haqqında danışmaq hələ tezdir. Siyasətçiyə sui-qəsd cəhdində ittiham olunan Metyu Kruks başqa şəxslə qrup halında hərəkət etmiş ola bilər.
"Bu suala qəti şəkildə cavab verə bilməyimiz üçün bir az vaxt lazımdır", - deyə Bivens bildirib.