Kral ailəsinin gəlini Meqan Marklın məşhurlaşdığı "Suits" serialının dünyanın müxtəlif nəşriyyatlarına satışından yüksək məbləğdə gəlir əldə etdiyi öyrənilib.

"Unikal" xəbər verir ki, sözügedən serial 2019-cu ildə tamamlanıb.

Lakin həmin serial bu yaxınlarda "Netflix"də yenidən populyarlaşıb və indiyə qədər dünyanın 240-dan çox bölgəsinə satılaraq aktyorlarına yüksək gəlir qazandırıb. Serialın satışını idarə edən "NBCUniversal" aktyorların sövdələşmələrdən nə qədər qonorar qazandıqları barədə açıqlama verməyib.

Qeyd edək ki, Marklın təkcə "Netflix"dən təxminən 200.000 dollar (340.00 manat) qazanc əldə etdiyi təxmin edilir.

Zərifə Nağıyeva