Quba rayonunda polis zorla qadının çantasını oğurlamağa cəhd edən şəxsləri yaxalayıb

"Unikal"ın Şimal bürosunun məlumatına görə,  Quba şəhəri ərazisində 3 nəfər kişi bir qadına qarşı zor tətbiq edib çantasını ogurlamağa cəhd göstəriblər. 
     
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən rayon sakinləri əvvəllər məhkum olunmuş Zöhrab Həsənov, İsmayıl Əliyev və Əli Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca