Rusiya vətəndaşı İrəvanın "Zvartnots" hava limanında həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Natalia adlı 1959-cu il təvəllüdlü qadın İrəvan-Tivat reysi ilə Ermənistana gedib. O, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Serpuxovskoye şəhərinin hüquq-mühafizə orqanları tərəfindən iyulun 1-dən Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi (açıq-aşkar yalan məlumat yayma) ilə təqsirli bilinərək axtarışda olub. 

Ağarza Elçinoğlu