NATO qoşunları Ukrayna münaqişəsində, o cümlədən Ukrayna ərazisində Rusiya təyyarələrinin və raketlərinin vurulmasında birbaşa iştirak etməməlidir. 

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın TSN telekanalının efirində bildirib.

"NATO-nun siyasəti dəyişməzdir. Biz o münaqişədə iştirak etməyəcəyik... Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO birbaşa iştirak etməyəcək", - Stoltenberq deyib. 

NATO-nun baş katibi həmçinin vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə davam edəcək, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirəcək.

Onun sözlərinə görə, NATO müttəfiqləri F-16 qırıcılarını mümkün qədər tez Kiyevə çatdırmaqda qərarlıdır.

Ağarza Elçinoğlu