Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinə "Xarici agentlər" haqqında qanunun ləğv edilməsi tələbi ilə iddia qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə TV Pirveli məlumat yayıb.
"Bu gün prezident Konstitusiya Məhkəməsində “Rusiya” qanununa etiraz edəcək. Salome Zurabişvili hesab edir ki, “Gürcü arzusu”nun qəbul etdiyi qanun antimilli və konstitusiya ilə bir araya sığmır. Məlumdur ki, Konstitusiya Məhkəməsi prezidentin iddiasını qəbul edərsə, Eka Beselia onun maraqlarını qoruyacaq", - məlumatda qeyd olunub.
Bildirilib ki, prezident qəbul edilmiş qanunun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə uyğun olub-olmadığını öyrənmək tələbi ilə məhkəməyə müraciət edəcək. Bu maddədə nəzərdə tutulur ki, konstitusiya orqanları ölkənin Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməyə borcludurlar.
Ağarza Elçinoğlu