Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, buna cavabdeh olan xidmətlərin əməkdaşları dünyada gərginliyin artmasını nəzərə alaraq, lazım olan hər şeyi edirlər: "Dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin edilir, görülməli olan hər şey təbii ki, ümumilikdə beynəlxalq gərginliyin artması nəzərə alınmaqla həyata keçirilir".
Kreml sözçüsü həmçinin qeyd edib ki, Rusiya liderinin təhlükəsizliyi məlum səbəblərə görə gücləndirilib. Üstəlik, bu tədbir Slovakiyanın baş naziri Robert Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsd cəhdlərindən asılı olmayaraq həyata keçirilib.
Ağarza Elçinoğlu