Avropa İttifaqı Şurası İrana qarşı sanksiyaların müddətini 2025-ci il iyulun 27-dək uzadıb. 

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin məlumatında qeyd olunub. 

Məhdudlaşdırıcı tədbirlər Tehranın Rusiya-Ukrayna münaqişəsində Moskvaya dəstəyi, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionlarındakı silahlı qruplaşmalara silah tədarükü ilə bağlıdır.

Hazırda sanksiyalar 12 fiziki və 9 hüquqi şəxsə şamil edilir. Onların arasında İslam İnqilabı Keşikçiləri Korpusunun donanması üçün pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış İran şirkətləri də var.

Məhdudiyyətlərə məruz qalan şəxslərin aktivləri dondurulur, onların vəsaitlərinin və ya iqtisadi resurslarının hər hansı təminatı qadağandır. Bundan əlavə, onların Avropa İttifaqına daxil olması da qadağan olunub. 

Ağarza Elçinoğlu