Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 15-16-da Nyu-Yorkda işgüzar səfərdə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə XİN-in sözçüsü Ani Badalyan "Facebook" səhifəsində bildirib.
Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək. O, Ermənistan hökuməti adından Dayanıqlı İnkişaf Gündəliyinin, məqsəd və hədəflərin icrasının gedişatını ümumiləşdirən üçüncü könüllü milli hesabatını təqdim edəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlər və müvafiq tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Ağarza Elçinoğlu