İspaniya hökuməti Kiyevə 10 ədəd Leopard döyüş tankından ibarət yeni partiya göndərib.
"Unikal" xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, tanklar gələn həftəsonundan əvvəl Polşa limanına gedəcək. Bundan sonra yük Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək və quru yolu ilə təyinat yerinə daşınacaq.
Ağarza Elçinoğlu