Kiyev ABŞ-də seçkilər nəticəsində hakimiyyətə gələcək istənilən siyasi qüvvə ilə əməkdaşlıq etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev prezident seçkilərinin nəticələrindən asılı olmayaraq ABŞ ilə münasibətləri inkişaf etdirməyə davam edəcək: "Düşünürəm ki, Tramp prezident olsa, onunla işləyəcəyik. Mən bundan qorxmuram".
Eyni zamanda o əlavə edib ki, Respublikaçılar Partiyasının böyük əksəriyyəti Ukraynanı dəstəkləyir.
Ağarza Elçinoğlu