Ukrayna Silahlı Qüvvələrinin komandanlığını tənqid edən Maryana Bezuqla parlamentin mülki nəzarət üzrə alt komitəsinin rəhbəri vəzifəsindən azad edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi qərar qəbul edib. 

Yanvarın 5-də parlamentin milli təhlükəsizlik komitəsi komitənin sədr müavini olan deputatın vəzifəsindən azad edilməsi barədə qərar qəbul etmişdi, lakin fevralın 6-da Rada səs çatışmazlığı səbəbindən onun vəzifəsindən azad edilməsinə səs verə bilməyib. 

Ağarza Elçinoğlu