Uelsin birinci naziri Vaughan Getting vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İstefadan əvvəl dörd nazir onun administrasiyasına etiraz olaraq istefa verərək Gettingi da eyni addımı atmağa çağırmışdı. Getting vəzifədə cəmi dörd ay qala bildi.
Rəhbərliyi dövründə o, ətraf mühitin pozulmasında ittiham olunan bir şirkətdən kampaniya ianələri aldığı üçün tənqid olundu. Bundan əlavə, iyun ayında parlamentdə ona etimadsızlıq səsverməsi elan edilib.
Ağarza Elçinoğlu