Fransa prezidenti Emmanuel Makron prezident partiyasının seçkilərdə məğlub olmasından sonra baş nazir Qabriel Attalın istefasını qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Fransa KİV-i yazıb.
Qeyd olunur ki, Nazirlər Kabineti hələlik eyni tərkibdə fəaliyyətini davam etdirəcək.
Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib.
Xatırladaq ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərdə “Yeni Xalq Cəbhəsi” solçu koalisiyası ölkə Milli Assambleyasında 577 yerdən 182-ni əldə edərək qalib gəlib. Prezident Emmanuel Makronun “Respublika naminə birlikdə” koalisiyası 168 mandat qazanaraq ikinci yerdə qərarlaşıb. Respublikaçı müttəfiqləri ilə birlikdə sağçı "Milli Birlik" partiyası 143 mandat qazanıb.