Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobil qısa müddətdə Ramana qəsəbəsi ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmçinin narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olan İsmayıl Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.