Rusiya xalq tərəfindən seçilən istənilən Amerika prezidenti ilə işləməyə hazır olacaq.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bir daha demək istəyirəm. Biz Amerika xalqı tərəfindən seçilən və bərabərhüquqlu, qarşılıqlı hörmət əsasında dialoqa hazır olan istənilən Amerika lideri ilə işləməyə hazır olacağıq. Bir daha sizə xatırlatmaq istərdim ki, Donald Tramp administrasiyası dövründə çox ciddi sanksiyalara baxmayaraq, hələ də dialoq var idi və bu, istənilən halda faydalı idi”, - deyə Lavrov qeyd edib.