Türkiyənin "Fənərbağça" klubunun və Serbiya millisinin futbolçusu Duşan Tadiç yığma karyerasını başa vurub.
"Unikal" xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.
35 yaşlı yarımmüdafiəçi milli komandanın heyətində keçirdiyi 111 oyunla mütləq rekordçudur.
O, ilk dəfə 2008-ci ildə Serbiya yığmasının formasını geyinib və bu matçlarda 23 qol vurub.