Çin və Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması üçüncü ölkələrə qarşı yönəlməyib.
"Unikal" xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Ermənistandakı müvəqqəti işlər vəkili Çen Min jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çin Qafqaz ölkələri ilə dostluq əlaqələrinin inkişafına, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasına və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına həmişə böyük əhəmiyyət verib.
“Çin bu yaxınlarda Gürcüstan və Azərbaycanla strateji əməkdaşlıq qurub ki, bu da ikitərəfli münasibətlərdə keyfiyyətcə irəliləyişdir və üçüncü tərəflərə qarşı yönəlməyib”, - Min deyib.