"Microsoft365"in internet saytında baş verən texniki nasazlıqlarla bağlı açıqlama verilib.
"Unikal" xəbər verir ki, açıqlamada tətbiqlər və xidmətlərdə baş verən nasazlıqların təsirinin azaldılması istiqamətində səylərinin davam etdiyi bildirilib.
Həmçinin, mövcud problemin müxtəlif "Microsoft 365" tətbiq və xidmətlərindən istifadə etməyə çalışan bütün istifadəçilərə təsir edə biləcəyi və "Microsoft Defender", "Microsoft Teams", "Microsoft Purview" və "OneDrive"ın təsirlənən proqram və xidmətlər arasında olduğu qeyd edilib.
Problemin əsas səbəbi isə, "Azure bulud" sistemində aparılan yenilənmə səbəbindən saxlama və hesablama resursları arasında fasilə kimi göstərilib.
Zərifə Nağıyeva