Pakistan Daxili İşlər Nazirliyinin antiterror bölməsi “Əl-Qaidə” terror şəbəkəsinin liderlərindən olan Əmin ül-Həqi həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan DİN-in bəyanatında deyilir.
Məlumata görə, hüquq-mühafizə orqanları Əmin ül-Həqi Pəncab əyalətinin mühüm obyektlərində irimiqyaslı təxribat planlaşdırmaqda ittiham edərək ona qarşı cinayət işi açıb.
O, Pəncabın Sarai Alamgir şəhərində həbs edilib.
Ağarza Elçinoğlu